Bakı. Trend:
İyunun 11-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdənbağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təminolunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən, borcluşəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrətəhvil verilib.
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.