AZ

Ermənistanda partlayış: 5 nəfər öldü, 11 nəfər yaralandı

Ötən gün Ermənistanın Göyçə vilayətində, Çəmbərək şəhərində binada baş verən partlayışda ölən və yaralananlar haqda məlumat dəqiqləşib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, iyunun 11-də səhər saat 08:30 radələrində Çəmbərək şəhərinin Tiqran Mets küçəsində 4 saylı binanın 1-ci girişində, 3-cü mərtəbədəki mənzildə partlayış baş verib, nəticədə 2 və 4-cü mərtəbələrdəki mənzillər də dağılıb.

Həmçinin qonşu blokdakı mənzillər də zərər görüb.

Partlayış nəticəsində 5 nəfər ölüb, 11 nəfər isə yaralanıb. İki nəfər dağıntılar altında sağ çıxarılıb.

Qeyd edək ki, ötən gün yanğın baş verdfiyi və 3 nəfərin öldüyü bildirilmişdi.

Seçilən
53
2
axar.az

3Mənbələr