AZ

Rusiyanın Türkiyədəki səfiri diplomatik fəaliyyətini dayandırdığını açıqlayıb

Rusiya Federasiyasının Türkiyədəki səfiri Aleksandr Erxov Rusiya Günü münasibətilə təşkil olunan qəbulda çıxış edərək 14 illik işindən sonra respublika ilə vidalaşdığını, lakin gediş tarixinin hələ müəyyən edilmədiyini açıqlayıb.

Vətəninfo.az  xəbər verir ki , bu barədə “RİA Novosti” məlumat yayıb.

“Əziz dostlar. Çoxlarınız bilirsiniz ki, mən dövlət qəbullarında çıxış etməkdən, qonaqlara diqqət yetirməyə çalışmaqdan qaçıram. Bu gün mən bu qaydadan bir istisna etmək istərdim. Çünki bizim üçün, mənim və həyat yoldaşım üçün bu qəbul vida mərasimidir. Bizim yola düşəcəyimiz tarix müəyyənləşdirilməyib”, – deyə səfir bildirib. 

Onun sözlərinə görə, o 14 il peşəkar baxımdan maraqlı olub. 

“Türkiyə hər gün nəyinsə baş verdiyi, qlobal siyasi mərkəzə çevrilən bir ölkədir. Bizim ikitərəfli əlaqələrimiz çox zəngindir. Missiyamı yerinə yetirərkən mənə göstərilən qonaqpərvərliyə görə Türkiyəyə, türk xalqına təşəkkür etmək istəyirəm”, – diplomat bildirib.

Daha əvvəl Rusiyanın “Kommersant” qəzeti üç mənbəyə istinadən xəbər vermişdi ki, xarici işlər nazirinin müavini Sergey Verşinin Rusiyanın Türkiyədəki yeni səfiri olacaq.

Seçilən
37
veteninfo.az

1Mənbələr