Sağlam həyatın əsas amillərindən biri olan yuxunun səmərəli və keyfiyyətli, nizamlı olması həyati əhəmiyyət kəsb edir.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, alimlər günortadn sonra uzun saatlar yatmağın zərərlərini araşdırıb.
Təxminən 90 min adam üzərində aparılan araşdırmaya görə; yuxu müddətindəki fərqlər hətta ölüm riskinə səbəb ola bilər. Yaş, cins, bədən kütlə indeksi, siqaret və spirt istifadəsi kimi faktorların da təsirli olduğu bu şəkildə, nizamsız yuxu rejimi bədənin təbii bioloji ritmini pozaraq bir-birinin ardınca zərərli təsirlərə səbəb ola bilər.
Araşdırmaya görə, orta yaşı 63 olan insanların sağlamlığı 11 il ərzində müşahidə edilib və iştirakçılardan 1 həftə ərzində yuxularını izləyə biləcək sağlamlıq monitorinq cihazı taxmaları istənilib. Müşahidə müddətinin sonunda iştirakçılardan 5189 (6%) nəfərin həyatını itirdiyi müəyyən edilib.
Bu o deməkdir ki, günortadan sonra uzun yuxular sağlamlığınıza ciddi təhlükə yarada bilər.
Uzun və ya nizamsız yuxular depressiya, diabet və ürək xəstəliyi kimi xroniki sağlamlıq problemləri ilə əlaqələndirilir.
Mütəxəssislər bu məlumatlara əsaslanaraq müəyyən yuxu vərdişləri olan insanların ölüm riskinin daha yüksək olduğunu, lakin araşdırmanın birbaşa səbəb-nəticə əlaqəsi qura bilmədiklərini izah ediblər.
Billurə Yunus