AZ

Qərbdə Tehranın planının üstünü açıblar - VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istina edən “The Jerusalem Post” nəşri belə məlumat yayıb.

“Hələ ki, nüvə danışıqları getdiyi, həm də İran dahabir görüş də planlaşdır dığı halda, Tehran bu vaxtdan nüvə obyektlərini onlara mümkün hərbi zərbənin vuracağı zərəri azaldacaq şəkildə modernləşdirmək üçün istifadə edir”, - qəzet xüsusi xidmət orqanlarındakı mənbələrdən sitat gətirir.

Nəşrin yazdığına görə, İsrail və Avropa məmurlarıson həftələrdə ABŞ administrasiyasına İranın danışıqları qəsdən uzatdığına dair xəbərdarlıq ediblər və mövzu ABŞ prezidenti Donald Tramplaİsrailin baş naziri Binyamin Netanyahu arasındatelefon danışığında da müzakirə olunub.

Tramp Netanyahu ilə nəyi müzakirə edib? - VİDEO
Xatırladaq ki, aprelin 12-dən bəri İran və ABŞ arasında vasitəçi qismində Omanın çıxış etdiyi dolayısı ilə danışıqların beş raundu keçirilib. İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üzrə təkzibolunmaz hüququnda israrlıdır və yalnız Amerika sanksiyalarının tamamilə ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa hazır olduğunu bildirir. Vaşinqton isə, əksinə, Tehranın nüvə proqramının tamamilə məhdudlaşdırılmasına çalışır.

Dünən ABŞ prezidenti Donald Tramp İranla silahlı münaqişəyə qarşı olduğunu, lakin Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün onunla razılaşmanın mümkünlüyünə şübhəilə yanaşdığını vurğulayıb.

- Görünür, onlar vaxtı uzadırlar. Bu, təəssüf doğurur. Mən indi bir neçə ay əvvəl olduğu kimi əmin deyiləm. Onlarla nə isə baş verib və indi razılaşmanın baş tutacağına inamım çox azdır”,- ABŞ prezidenti deyib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
16
1
azvision.az

2Mənbələr