AZ

Ordu generalı Rusiyanı sülhə məcbur edəcək beş faktoru açıqladı

BAKI, 12 iyun. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə sülh çağırışları və onu “cəhənnəm sanksiyaları” ilə hədələməsi Rusiyanın hərəkətlərinə təsir etməyəcək. Belə olan halda hərbi, iqtisadi və siyasi təsir sahəsində daha təsirli və konkret tədbirlərə ehtiyac var”.

Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Mikola Malomuj deyib.

Generalın sözlərinə görə, Rusiyanı sülhə məcbur etmək üçün Ukraynanı aşağıdakı silahlarla təmin etmək lazımdır:

- 10 000 uzaqmənzilli “Tomahawk” strateji və taktiki raketləri;

- Bir neçə min ATACMS taktiki ballistik raketi;

- Minlərlə təyyarə, “M2 Bradley” piyada döyüş maşınları və “Leopard” tankları;

- Bütün növ ballistik raketlər və dronlara qarşı elektron müharibə sistemləri;

- Milyonlarla sursat.

Malomuj əlavə edib ki, birbaşa Rusiya elitasına, o cümlədən Putinin ailəsinə də iqtisadi sanksiyalar tətbiq etmək lazımdır.

“Energetika sahəsinə tətbiq olunan sanksiyaları Rusiyanın neft-qaz sənayesinə təsir etməlidir, bundan sonra ABŞ, Avropa İttifaqı və Çinin rəhbərliyi altında yeni dünya düzəni qurulacaq”, - general vurğulayıb.

Seçilən
29
teleqraf.com

1Mənbələr