AZ

Dubayda beynəlxalq konfransda sensasiya: Göz rəngi dəyişdirilmiş pasiyentdə Azərbaycanda ilk dəfə uğurla katarakta əməliyyatı icra olundu

Bakı. Trend:

30–31 may tarixlərində Dubayda FLAAK (Kolor2025) mövzusundabeynəlxalq konfrans keçirildi. Tədbir dünyanın müxtəlifölkələrindən olan aparıcı oftalmoloqları bir araya gətirdi. ABŞ,İspaniya, İtaliya, Fransa, Latın Amerikası və Türkiyədən olan alimvə həkimlər öz son texnologiyalarını və klinik nailiyyətlərinitəqdim etdilər.

Azərbaycandan tədbirdə doktor Cahid Şahbazov iştirak etdi. O,ölkəmizdəki oftalmologiya sahəsində mühüm bir yeniliyi təqdim etdi— Azərbaycanda ilk dəfə FLAAK əməliyyatından sonra uğurla kataraktaəməliyyatı həyata keçirilib.

FLAAK (Femtosaniyəli Lazer Dəstəyi ilə EstetikKeratopiqmentasiya) – göz rənginin təhlükəsiz şəkildədəyişdirilməsinə imkan verən müasir texnologiyadır. Bu metod ilkdəfə 20 il əvvəl İspaniyada, sonradan İtaliya və Fransada tətbiqolunmağa başlanıb. ABŞ-da isə 5 ildi icra olunur. AzərbaycandaFLAAK əməliyyatları ötən ildən etibarən icra olunur və bu sahədəpioner rolunu məhz doktor Şahbazov oynayıb.

Metod ölkə daxilində tibb ictimaiyyəti arasında müzakirələrəsəbəb olmuşdu. Bəzi mütəxəssislər prosedurun təhlükəsizliyinə şübhəilə yanaşır, hətta FLAAK-ın beynəlxalq praktikalarda tətbiqolunmadığını iddia edirdilər. Lakin konfransda təqdim edilən elminəticələr və statistik məlumatlar bu şübhələri qəti şəkildə aradanqaldırdı.

— FLAAK proseduru hələlik Amerika Oftalmologiya Cəmiyyətitərəfindən kosmetik göz rəngi dəyişdirmə metodu kimi rəsməntəsdiqlənməsə də, — deyə doktor Cahid Şahbazov qeyd edib, — buəməliyyat hazırda dünya üzrə 20-dən çox ixtisaslaşmış mərkəzdəaparılır. Azərbaycanda bu əməliyyatlara keçən ilin sentyabr ayındanbaşlamışıq və bu, həm tibbi ictimaiyyət, həm də cəmiyyət arasındageniş müzakirələrə səbəb oldu. 10 ay ərzində 100-dən artıq proseduricra etdik, pasiyentlərin 60–70%-i xarici vətəndaşlardır. Eynizamanda, FLAAK əməliyyatının göz anatomiyası və refraksiyaxüsusiyyətlərinə təsirini araşdırmaq məqsədilə elmi-tədqiqatişlərinə başlamışıq. İlkin üç aylıq nəticələr ümidvericidir vəyaxın vaxtlarda beynəlxalq tibbi jurnallarda dərc olunmasıplanlaşdırılır.

Konfransda təqdim etdiyimiz statistik materiallar və videogörüntülər FLAAK əməliyyatından 6 ay sonra uğurla aparılmışkatarakta əməliyyatını nümayiş etdirdi — bu, çox müzakirə olunanvacib bir suala aydın cavab oldu. Həmçinin, tədbir çərçivəsindəFLAAK və digər lazer əsaslı keratopiqmentasiya texnologiyaları iləçalışan mütəxəssisləri bir araya gətirən beynəlxalq təşkilat —Keratopigmentation International Society (KIS) təsis olundu. Mən dəbu qurumun təsisçilərindən biri oldum.

FLAAK tamamilə estetik məqsədli prosedurdur və mənim ümumiəməliyyatlarımın yalnız 1%-ni təşkil edir. Buna baxmayaraq, buprosedurun gələcək üçün böyük potensialı var və onun beynəlxalqsəviyyədə elmi şəkildə qəbul edilməsi və dəstəklənməsi bu sahənininkişafında mühüm rol oynayacaq.

Doktor Şahbazovun çıxışı konfrans iştirakçıları tərəfindən böyükmaraqla qarşılandı. Mütəxəssislər FLAAK-dan sonra belə mürəkkəb birəməliyyatın uğurla aparılmasının Azərbaycanda oftalmologiyanınyüksək səviyyədə olduğunu təsdiqlədiyini vurğuladılar. Bu uğurölkəmizin beynəlxalq tibbi arenadakı mövqeyini daha damöhkəmləndirir və yüksək texnologiyalı göz cərrahiyyəsinin ölkədaxilində inkişafına yeni imkanlar açır.

https://www.instagram.com/reel/DKbelE_NAk8/?igsh=MXNvZWV0YXhnNjRkOQ%3D%3D

Seçilən
22
az.trend.az

1Mənbələr