"Liverpul" klubu, Fransanın PSJ komandasının futbolçusu Bredli Barkolu transfer etmək istəyir. "The Sun" nəşrinin yazdığına görə, ingilis klubu yola saldığımız mövsümdə PSJ-nin heyətində 58 matçda 21 qol və 19 məhsuldar ötürmə ilə yadda qalan 22 yaşlı hücumçunun transferində maraqlıdır.
Məlumatda qeyd olunur ki, Mersisayd təmsilçisi "Nyukasl"dan Aleksandr İsakı ala bilməyəcəyi təqdirdə fransalı oyunçuya yönələcək.
Mətləb