AZ

Rusiyanın müharibədəki itkiləri açıqlandı

BAKI, 12 iyun. TELEQRAF

Rusiya genişmiqyaslı müharibə zamanı 1 milyondan çox canlı qüvvəsini itirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qurum bildirib ki, 2022-ci il fevralın 24-dən bu günə qədər Rusiya 1 milyon 340-a yaxın hərbçisini itirib. Bura ölü və yaralılar daxildir.

Üçillik müharibə dövründə Rusiyanın böyük həcmdə hərbi avadanlığı da məhv edilib:

Tank - 10 933 (+6) ədəd

Zirehli döyüş maşını - 22 786 (+3)

Artilleriya sistemi - 29 063 (+47)

Hava hücumundan müdafiə sistemi - 1,184 (+1)

PUA - 40 435 (+138)

Yük maşını və yanacaq tankeri - 51 715 (+136)

Həmçinin bu müddətdə Rusiyanın 416 təyyarəsi, 337 helikopteri, 28 gəmi/kateri, 1 sualtı gəmisi, 3337 qanadlı raketi, 1413 yaylım atəşi sistemi və 3914 ədəd xüsusi texnikası məhv edilib.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr