AZ

Ceyhun Hacıyev: "Paşa Kapital"ın korporativ istiqrazlar portfeli genişlənir"

"Paşa Kapital" investisiya şirkətinin korporativ istiqrazlar üzrə portfeli 2024-cü il ərzində 33 faiz artıb.

FED.az xəbər verir ki, bunu bu gün "Paşa Kapital" investisiya şirkətinin şirkətinin 2024-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında şirkətin icraçı direktoru Ceyhun Hacıyev bildirib.

C.Haciyev bildirib ki, 2023-cü ildə artım 17 fazil olmuşdusa, 2024-cü  ildə bu göstərici 33 faizədək artmışdır. Bundan başqa Korporativ istiqrazlar üzrə ümumi bazar dövriyyəsi 4 mlrd. olub ki, bunun da 1 milyardı "Paşa Kapital"ın payına düşüb.

C.Haciyev qeyd edib ki, şirkətin dövriyyəsi və müştəri bazası genişlənir .

Seçilən
63
fed.az

1Mənbələr