Ajans.az “People” istinadən xəbər verir ki, onun 87 yaşı var idi. Harris Yulinin Nyu-Yorkda ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Digər təfərrüatlar verilmir. Harris Yulin “Mr. Bean” bədii filmindəki rolu və “Ozark” serialı ilə tanınıb. Karyerasına 1963-cü ildə teatr rolları ilə başlayıb, 7 il sonra isə teatr rejissoru kimi fəaliyyət göstərib və ilk filmində rol alıb. Ümumilikdə onun 100-dən çox filmi var, o, həmçinin “Scarface” filmində də rol alıb.