AZ

Yol polisi Sumqayıtda ətraf mühiti çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Yol polisi "Təmiz hava" aylığı ilə bağlı növbəti aksiyanı Sumqayıt şəhərində keçirib.

Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər DYP Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da qatıldığı tədbirdə havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Aksiya zamanı əksər sürücülərin avtomobilləri normalara cavab verib. Zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücülərinə inzibati qaydada protokol tərtib olunub. Bəzi sürücülərə xəbərdarlıq olunub.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
avtosfer.az

1Mənbələr