Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin mayında dünya okeanlarının səthinin temperaturu yenidən rekord səviyyələrə yaxınlaşacaq. Alimlərin fikrincə, orta temperatur 20,79 °C olub.
Editor.az xəbər verir ki, bu, keçən ilin may ayında qeydə alınan maksimum göstəricidən cəmi 0,14 dərəcə azdır.
Mütəxəssislər temperaturun artımını okeanın istixana qazları emissiyalarının əhəmiyyətli hissəsini udmaqda davam etməsi ilə əlaqələndirirlər: atmosferdəki karbon qazının təxminən dörddə birini və artıq istiliyin 90%-ə qədərini. Bu, okeanı qlobal istiləşmə sürətinə nəzarət edən əsas amil edir.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu cür istiləşmə dəniz ekosistemlərini ciddi şəkildə dəyişdirə bilər. Məsələn, daha isti və daha turşulu su, mərcanların riflər qurmaq üçün lazım olan elementləri udmasına mane olur ki, bu da onların məhv olmasına səbəb ola bilər. Həmçinin suda oksigen səviyyəsini azalda bilən və digər dəniz canlılarını təhdid edən mikroyosunların sürətlə böyüməsi riski var.
//Gülnarə Abasova, Editor.az