“Şirkətimiz böyüyür, ehtiyac var ki, peşəkar komandanı böyüdək. Bununla əlaqədar olaraq 2024-cü ildə əməkhaqqı üzrə xərclərimiz 1 milyon manatdan çox artıb”.
Marja.az-ın məlumatına görə, bunu 2024-cü il üzrə Maliyyə nəticələrinə dair mətbuat konfransında “PAŞA Capital İnvestisiya Şirkəti”nin Direktoru Ceyhun Hacıyev bildirib.
O qeyd edib ki, ötən il işçilər ilə bağlı xərclər 1 milyon manatdan çox (1 milyon 32 min manat) artaraq 2023-cü ildəki 2 milyon 59 min manatdan 2024-cü ildə 3 milyon 91 min manata yüksəlib. İşçilər üzrə xərclər bir il ərzində 50% artıb.
Şirkətin 2023-cü ildə cəmi əməliyyat xərcləri 3 milyon 539 min manat ikən, 2024-cü ildə 5 milyon 393 min manata yüksəlib.
Ceyhun Hacıyev əlavə edib ki, ötən il “PAŞA Capital”ın işçilərinin sayı 23 nəfər artaraq 52 nəfərdən 75 nəfərə yüksəlib. Hazırda isə Şirkətin işçilərinin sayı 83 əməkdaşdır: “İlin sonunda əməkdaşlarımızın sayı 90-100 nəfər civarına çatacaq”.