AZ

Los-Anceles meri: Qorxunun silah kimi istifadə edilməsinə icazə verməyəcəm

Los-Anceles Bələdiyyə Başçısı Karen Bass şəhərdə qeyri-qanuni mühacirlərə dəstək üçün davam edən etirazlar barədə fikirlərini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Karen Bass öz "X" hesabında paylaşəım edib.

Bass qeyd edib: "Qorxunun vətəndaşlara qarşı silah kimi istifadə edilməsinə icazə verməyəcəm. Mənim administrasiyamın hər bir sakinin öz hüquqlarını bilməsini və ehtiyacı olan dəstəyə malik olmasını təmin etmək üçün icma təşkilatları, fəallar və vəkillərlə işləyəcəm". 

Bass, hər gün yerli vaxtla 20:00-dan 06:00-a qədər tətbiq olunacağı elan edilən komendant saatının növbəti xəbərdarlığa qədər davam etdiyini də bildirib.

Seçilən
18
operativmedia.az

1Mənbələr