AZ

Tramp Kim Çen Inlə danışıqlara başlayır

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla ünsiyyətə açıqdır. Vətəninfo.az xəbər verir ki, bu barədə  Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

“Prezident Kim Çen Inla yazışmağa açıq olaraq qalır və o, Sinqapur sammitində irəliləyiş görmək istərdi”, o, Trampın Kimə məktub göndərməyə cəhd etdiyi barədə media xəbərləri ilə bağlı sualı cavablandırarkən deyib.

Bloomberg xatırladır ki, Tramp seçki kampaniyası zamanı Kim ilə yaxşı münasibəti ilə öyünürdü. Bununla belə, Şimali Koreya lideri bildirib ki, ABŞ-la keçmiş danışıqlar yalnız Vaşinqtonun Pxenyana qarşı “sarsılmaz” düşmənçiliyini təsdiqləyib.

Seçilən
7
veteninfo.az

1Mənbələr