AZ

Sumqayıtda Şəhidlərin Ruhunu Qoruyan Qəhrəmanlar – Bir Polisin Dilindən

Sumqayıtda

Hər səhər xidmətimə bu müqəddəs torpaqdan, qəhrəman şəhidlərimizin uyuduğu məkandan başlayıram. Günəşi onların ruhu ilə birgə salamlayıram. Sumqayıt, gənclər şəhəri, indi həm də şəhidlərin izini yaşadan, onların amalını davam etdirən bizlərin xidmət məkanıdır.Ana Vətən deyirik... Ana qədər doğma, müqəddəs və borcu heç vaxt tam ödənməyəcək qədər böyük bir ad. Bu adı qorumaq üçün and içmişik. Hər qarışı canımız qədər əziz olan torpaqlarda – dağında, düzündə, şəhərində, kəndində – gecə-gündüz demədən xidmət edir, asayişin keşiyində dururuq.Hər addımda bir məqsədimiz var. İnsanların simasında təbəssüm görmək. Küçələrdə, prospektlərdə, park və xiyabanlarda təhlükəsizliyi təmin etmək üçün yorulmadan çalışırıq. Vətənin hər guşəsində bir polisin izi, bir əsgərin izi var.Mən – bir Azərbaycan polisi olaraq səni də bu şərəfli sıralarda görmək istəyirəm. Gəl, bu müqəddəs xidmət yolunda birgə addımlayaq!My WebpageUlusum.az

Diqqət Çəkənlər

Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər

Greta Tunberq İsveçə qayıtdı – aeroportda fələstin bayraqları altında qarşılandı

Zülallı Zövq: Tərəvəzli və Ətli Tortilya - VİDEO

Seçilən
29
ulusum.az

1Mənbələr