Vyanada Azərbaycan-Avstriya iqtisadi, kənd təsərrüfatı, sənaye, texniki və texnoloji əməkdaşlıq üzrə birgə komissiyasının 11-ci iclası keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəylinin “X” sosial şəbəkə hesabında bildirilib.
Məlumata görə, iclas iyunun 11-də keçirilib. Həmin gün Vyanada iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə işgüzar dəyirmi masa da baş tutub.