PSJ 2025/26 mövsümü üçün yeni forma dəstini təqdim edib.
Publika.az xəbər verir ki, forma adəti üzrə tünd-göy rəngdə hazırlanıb, parlaq qırmızı və ağ vurğularla bəzədilib. Dizaynda Eyfel qülləsinin metal konstruksiyalarından ilhamlanan qəfəsvari qrafika yer alıb.
Parislilər yeni dəstdə ilk oyununu klublararası dünya çempionatında keçirəcəklər. Çempionlar Liqasının qalibi iyunun 15-də Los-Ancelesdə "Atletiko" ilə qarşılaşacaq.
Heybət