BAKI, 12 iyun. TELEQRAF
Bakının Xətai rayonunda uşaq bağçasında meyit tapılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə G.Mehmandarov küçəsi 241-də yerləşən uşaq bağçasında baş verib.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rəhim Ağacavad oğlu Aşumov infarktdan ölüb.
Məlum olub ki, R. Aşumov həmin uşaq bağçasında mühafizəçi işləyib.
Faktla bağlı araşdırmalar aparılır.