AZ

Hava ilə bağlı vəziyyət dəyişir Kəskin soyuma başladı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

hava-ile-bagli-daha-bir-xeberdarliq-bu-tarixedek/hava-11/” rel=”attachment wp-att-535084″>

İyun ayında Azərbaycanın bəzi bölgələrinə – Quba, Kəlbəcər və Şahdağa qar yağması narahatlıq doğurub. Vətəndaşlar bu halın təbiətə, təsərrüafata ziyan vurduğunu və bunun yaxşı əlamət olmadığını bildirirlər.

İyunda qarın yağması nə ilə əlaqədardır?

Globalinfo.az-a danışan ekoloq-alim Telman Zeynalov deyib ki, yaz və yay aylarında qarın yağması normal deyil:

“Hazırda dünyada iqlim dəyişiklikləri müşahidə olunur. Hava həm soyuyur, həm də istiləşir. Bu gün soyuma mərhələsindəyik və bu tendensiyanın yaxın gələcəkdə davam edəcəyi gözlənilir”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Telman Zeynalov

Alim bildirib ki, yayda yağan qar təbiətlə yanaşı, insan sağlamlığına da zərər verir:

“Ağaclar çiçək açıb, meyvə yetişibsə, bu zaman qar və şaxta məhsulu məhv edir. Bu isə kənd təsərrüfatına və ümumilikdə iqtisadiyyata ciddi zərbə vurur. Digər tərəfdən, birdən-birə yağan qar soyuqdəymə və digər xəstəliklərə səbəb olur, bu da əlavə dərman xərclərinə gətirib çıxarır. Beləliklə, həm sağlamlıq, həm də ailə büdcəsi ziyan görür”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
7
globalinfo.az

8Mənbələr