Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan cüdo tarixində ilk dəfə yerli hakim böyüklər arasında dünya çempionatına təyinat alıb.
Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 13-dən 20-dək təşkil olunacaq.