Bakı. Trend:
Gəncə İdman Sarayı Gəncədə keçiriləcək III MDB oyunları üçün tamhazırlıq səviyyəsinə gətirilir.
Trend xəbərverir ki, ümumi ərazisi 40 min kvadratmetr olan saray nəinkiAzərbaycanda, ümumilikdə Qafqazda ən böyük idman qurğularından birihesab olunur.
Gəncə İdman Sarayı bütün zəruri infrastruktura malikdir. Buradamüxtəlif oyunların keçirilməsi üçün zal və meydançaları var.
Sarayda Spa Mərkəzi, 3 konfrans zalı, böyük restoran, “coffeebreak” bölmələri və marketlər fəaliyyət göstərəcək. Buranınəhəmiyyətini artıran cəhətlərdən biri də müasir mehmanxanasınınolmasıdır.
III MDB oyunlarının açılış və bağlanış mərasimlərininkeçiriləcəyi Gəncə Şəhər Stadionunun yenidən qurulması işləri dəsürətlə davam etdirilir. Arenanın ərazisi genişləndirilərək 10hektara çatdırılıb.
UEFA-nın dördüncü kateqoriya standartlarına uyğun olaraq inşasıdavam etdirilən Gəncə Şəhər Stadionunda tamaşaçı tutumu 15 464nəfər təşkil edir. İnşası davam etdirilən şəhər arenasında işlərin,demək olar ki, 80%-i tam başa çatdırılıb.