Bakı. Trend:
İrəvanın düz mərkəzində, özü də Ermənistan rəhbərliyinin“Azərbaycanla sülhə can atdığını” iddia etdiyi bir zamanda Njdeİskəndəryan adlı biri özünü “arsaxın dövlət naziri” elan edib.
Halbuki nə beynəlxalq hüquq çərçivəsində, nə də real siyasimüstəvidə bu cür bir struktur tanınır. Bu absurd gediş yalnızdaxili siyasi bazara hesablanmış marazm yox, həm də daha böyük birplanın parçası kimi görünür.
Ermənistandakı revanşist dairələrin, erməni diasporunun vəmüəyyən xarici mərkəzlərin manipulyativ layihəsi təki.
Xatırladaq ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndindəqeyd olunur ki, güc tətbiqi və ya güclə hədələmə, hər hansıdövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşıyönəlməməlidir. Qarabağ bölgəsi Azərbaycanın həm de-yure, həm dəde-fakto ayrılmaz hissəsidir.
Bu, yalnız Azərbaycan deyil, dünya ictimaiyyəti tərəfindəndəfələrlə təsdiqlənib. Konkret sənədlər sırasında BMT TəhlükəsizlikŞurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Aİ və BMTçərçivəsində imzalanmış sənədlər, Avropa İnsan Haqları Məhkəməsinin“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarları da var.Həmin sənədlər təkcə ərazilərimizin qanunsuz işğalını deyil, həm dəErmənistanın Qarabağda “effektiv nəzarət həyata keçirdiyini”, yənihəmin ərazilərin 30 il ərzində erməni işğalında olduğunu rəsmənetiraf edir.
Bu fonda İskəndəryanın “nazirlik iddiası” yalnız idiotik gedişyox, həm də təxribatdır. Üstəlik, "özünütəyinat aktı" sual doğurur:axı kimdir bu adam?
Onun kimliyi haqda məlum olanlar barmaqla sayılacaq qədərdir.Guya “arsax Gənclər Təşkilatı” adlı qeyri-rəsmi bir qurumu təmsiledir, həmçinin özünü “arsaxlıların Hüquqlarının Müdafiə Şurası”adlı ictimai hərəkatın üzvü kimi təqdim edir. Amma diqqət edin - bustrukturlar nə Ermənistanda, nə də beynəlxalq səviyyədə hüquqi vəsiyasi çəkisi olan qurumlar deyil.
Onların arxasında nə parlament, nə hökumət, nə də xarici dəstəkvar. Yəni bu, sadəcə bir fərdi təşəbbüsdür - özü də sağlamdüşüncədən xeyli uzaq bir təşəbbüs. Görünən odur ki, İskəndəryan yaideoloji psixozla yaşayır və dövlətçiliyi imitasiyaya çevirir, yada Ermənistan-Azərbaycan normallaşmasına qarşı maraqlı olanqüvvələrin əlində alətə çevrilib.
Bütün bu absurd teatr Ermənistanın daxilindəki siyasi xaos vəziddiyyətləri bir daha açıq nümayiş etdirir.
Bir tərəfdə Ermənistanın baş naziri Nikol Paşinyan çıxıb sülhçağırışları edir, digər tərəfdə isə İrəvanın ortasında “dövlətnaziri" təyin olunur. Bu artıq sadəcə riyakarlıq deyil - bu, tamanlamıyla siyasi şizofreniyadır.
Ortaya bir neçə versiya çıxır: ya Ermənistan hökuməti özpaytaxtında baş verən prosesləri idarə edə bilmir, ya da bu cürtəşəbbüslərə bilərəkdən şərait yaradır.
Bu isə Brüssel və Vaşinqton formatlarında imzalanmış sənədlərə,2023–2024-cü illərin diplomatik razılaşmalarına və“Ermənistan-Bakı-Tbilisi” üçtərəfli yaxınlaşma paketinə ziddir.Ermənistan bu sənədlərdə açıq şəkildə öhdəlik götürmüşdü ki,separatizmi heç bir formada təşviq etməyəcək. Amma əməldə əksinimüşahidə edirik.
İskəndəryanın çıxışları və “nazir oyunu” təkcə hüquqi cəfəngiyatdeyil, həm də informasiya sabotajı elementləri daşıyır. 2023-cüilin payızında terrorçu-separatçı xuntanın tam süqutundan, istərinzibati strukturlar, istərsə də Ermənistan silahlı birləşmələribölgədən çıxarılandan sonra belə çıxışların məqsədiaçıq-aşkardır:
Birincisi, “arsax” adlı qurumun hələ də “mövcud olduğu”illüziyasını saxlamaq, informasiya məkanında saxta mövqeformalaşdırmaq.
İkincisi, Bakını sərt ritorikaya sürükləmək və sonra bunu“erməni tərəfinə qarşı hədə” kimi təqdim edərək beynəlxalq mediadaəks kampaniyaya çevirmək.
Üçüncüsü isə erməni cəmiyyətinin onsuz da parçalanmış şüurundayeni çaşqınlıq toxumları səpmək, “arsaxın dirçəlişi” haqqındaromantik mifləri yenidən dövriyyəyə buraxmaq.
Bütün bunlar tək bir nəticəyə xidmət edir - normallaşmanısabotaj etmək. Ermənistanın daxilində və xaricindəki revanşistdairələr anlayır ki, proses irəli getsə, “arsax kartı” birdəfəlikgözdən düşəcək.
Ona görə də bu kartı heç olmasa informasiya səviyyəsində“ölümdən qurtarmaq” istəyirlər. Amma zaman dəyişib - nə Bakıəvvəlki Bakıdır, nə də region əvvəlki region.
Azərbaycan bu cür uydurmaları nə ciddiyə alır, nə də cavabsızqoyur. Diplomatik müstəvidə, hüquqi arqumentlərlə, real faktlarla -bu cür avantüraların qarşısı alınacaq. İrəvanda isə bu cür “nazirtəyinatları” ölkənin beynəlxalq nüfuzunu bir az da yerlə bir edir.Çünki dünya ictimaiyyəti artıq bu siyasi maskaradan bezib. Onlarsülh istəyir. Sülh isə fantom strukturlarla yox, real dövlətlərləolur.
İrəvanda yaşanan olay təkcə siyasi yox, həm də ideoloji baxımdanciddi əlamət daşıyır: Ermənistan hüquq-mühafizə orqanları qondarma“arsax”ın sonuncu “prezidenti” Samvel Şahramanyanı dindirdi. Ammadiqqət edin - söhbət Azərbaycanın ərazi bütövlüyünə qarşı törədiləncinayətlərdən, qeyri-qanuni silahlı dəstələrin yaradılmasından,etnik təmizləmədən və ya soyqırımı aktlarından getmir. İttihamlarsadəcə “vəzifə səlahiyyətlərini aşma” və “texnikanı ərazidə qoyubgetmə” kimi texniki məsələlərlə məhdudlaşır. Yəni məntiq budur:Şahramanyan günahkardır, çünki “azərbaycanlılara qarşı yetərincəmüqavimət göstərməyib”. Bu - zarafat deyil, acı reallıqdır.
Belə bir dindirilmə, əslində, separatizmin özünü yox, onunqeyri-effektiv həyata keçirilməsini “cinayət” kimi təqdim edir. Bu,ya hüququn total deqradasiyası, ya da siyasi manipulyasiyanınnövbəti mərhələsidir. Yəni Ermənistanda separatçılıq faktının özüyox, onun “səviyyəsi” problem hesab olunur: önümüzdə ideolojireabilitasiya, revizionizmə yaşıl işıq yandırmaq cəhdi var.
İndisə birbaşa nəticələrə nəzər salaq. Njde İskəndəryanın“arsaxın dövlət naziri” təyin olunması haqda sərsəm bəyanatı -hüquqi baxımdan cəfəngiyyat, siyasi planda isə təxribat xarakterli,regiondakı sülh prosesinə qarşı yönəlmiş zəhərli müdaxilədir. Bucür açıqlamalar beynəlxalq hüququn təməl prinsiplərini pozur,Azərbaycanın suverenliyini sual altına alır, Ermənistanda daxilisabitliyi zədələyir və Brüssel–Vaşinqton xətti üzrə aparılandanışıqların nəticələrini baltalayır.
Şəxsi bir adamın mövcud olmayan bir “dövlət"də vəzifəyə gəlməkiddiası - sadəcə eksentrik davranış deyil, bu, Ermənistandadərinləşmiş siyasi şizofreniyanın simptomudur. Aydın məsələdir ki,rəsmi İrəvan ya bu xəstəliyi müalicə etmək istəmir, ya da ona qarşıheç bir mexanizmi yoxdur.
Unutmayaq: Ermənistan - beynəlxalq hüququn rəsmi subyektidir vəBMT Nizamnaməsi, Helsinki Yekun Aktı, habelə 10 noyabr 2020-ci iltarixli üçtərəfli bəyanatla üzərinə bir sıra öhdəliklər götürüb.Həmin bəyanatda Ermənistan faktiki və hüquqi baxımdan QarabağınAzərbaycanın tərkib hissəsi olduğunu qəbul edib, onun “müstəqillikiddiasından” əl çəkdiyini, separatçı strukturlara dəstəkverməyəcəyini öhdəsinə götürüb. Bu sənədlərin hər hansı formadapozulması - xüsusən də, “arsax hökuməti” adlı fantaziyalarınyenidən gündəmə gətirilməsi - danışıqlar prosesindəki etimadınaltını oyur.
Nikol Paşinyan 2023-cü ilin iyun ayında Milli Məclisin plenariclasında açıq şəkildə bəyan etmişdi: “Ermənistan Azərbaycanınərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimitanıyır.” Bu fonda İskəndəryanın “nazir təyinatı” - ya Paşinyanınyalan danışdığını, ya da Ermənistanda dövlətin daxilində başqa bir,gizli və revanşist bir mərkəzin fəaliyyət göstərdiyinigöstərir.
BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən,təşkilata üzv dövlətlər digər dövlətlərin ərazi bütövlüyünə vəsiyasi müstəqilliyinə qarşı zor tətbiqindən və ya zor hədəsindənçəkinməlidirlər. Azərbaycanın bir parçası olan ərazidə - özü də heçbir real nəzarət və suverenlik imkanı olmayan bir yerdə - dövlətqurumu adı altında “vəzifə bölgüsü” aparmaq, bilavasitə buprinsipin pozulmasıdır.
Beynəlxalq Ədalət Məhkəməsinin 2010-cu ildə Kosovo üzrə verdiyirəyə əsasən, birtərəfli “müstəqillik” bəyanatları - mərkəzihökumətin razılığı olmadan - avtomatik dövlətçilik hüququ yaratmır.Yəni bu cür açıqlamalar - hüquqi baxımdan əhəmiyyətsiz, siyasiplanda isə təxribat kimi qiymətləndirilir.
2023–2024-cü illərdə Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi iləəldə olunmuş razılaşmaların bəzilərini yada salaq: ErmənistanınAzərbaycanın suverenliyini tanıması (Brüssel, 2023-cü ilin mayı),xarici işlər nazirləri səviyyəsində sülh sazişinin detallarınınmüzakirəsi (Vaşinqton, 2023-cü ilin oktyabrı), hər iki dövlətinərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair birgəbəyanatlar.
Və bu məqamda - tərəflər sülh sazişinə doğru irəlilədikcə - heçkimin tanımadığı bir şəxs çıxıb “qondarma dövlət” adından“nazirlik” iddiası ilə gündəmə gəlir. Ermənistan hakimiyyətinin buməsələyə laqeyd yanaşması isə onu göstərir ki, ölkə daxilində hələdə separatizmi diri saxlamaq istəyən, real siyasətə zərbə vurmaqməqsədi güdən qüvvələr aktivdir.
Bu hal - yəni vətəndaşlar arasında paralel diskursun yaranması,“arsax” mifologiyasının yenidən cəmiyyətə sırınması, Azərbaycanınərazi bütövlüyünün guya “müvəqqəti ədalətsizlik” kimi təqdimolunması - yalnız daxili zəhərlənmə ilə bitmir. Bu həm də regiondasabitliyə təhdid yaradır, ekstremizmin təkrar boy göstərməsinəzəmin hazırlayır.
Bunun beynəlxalq nümunələri də var: Gürcüstanda Abxaziyanın“sürgündə hökuməti”, Çeçenistanın ölkə xaricində formalaşmışseparatçı idarəetmə strukturları - bütün bunlar münaqişələrindondurulması, ekstremizmin artması və cəmiyyətlərin radikallaşmasıilə nəticələndi.
İndi Ermənistanın əlinə "real" fürsət düşüb - Azərbaycanla sülhsazişini imzalamaq, regionda əməkdaşlıq üçün yeni səhifə açmaq.Amma əgər İrəvanda bu cür fantom və sərsəm "qurum"larla "post"laragöz yumulursa, demək ki, məsuliyyətdən qaçmaq, keçmişin kabuslarınıdiriltmək niyyəti var. Bu isə nə regiona, nə Ermənistana, nə dəsülh istəyən beynəlxalq ictimaiyyətə lazımdır.
Bu cür hoqqabazlıqlar Azərbaycan üçün kifayət qədər ciddi vəhüquqi əsaslı addımlar atmaq imkanını yaradır. Konkret desək,ölkəmizin beynəlxalq platformalarda - BMT, ATƏT və Avropa Şurasında- İrəvanda baş verən separatizm təzahürlərinə qarşı siyasi vəhüquqi qiymət verilməsi tələbi ilə çıxış etməsi tamamilə haqlıdır.Azərbaycanın bu kontekstdə Ermənistana qarşı danışıqlar masasındadaha sərt mövqe sərgiləməsi, separatizm ideyalarını yaymağa davamedən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi -artıq beynəlxalq hüququn və üçtərəfli razılaşmaların tələblərinəuyğun zərurətə çevrilib.
Bundan əlavə, Azərbaycan Ermənistanla birgə regional layihələrdəiştirakdan, o cümlədən platforma və təşəbbüslərdə əməkdaşlıqdanimtina edə bilər - ta ki, rəsmi İrəvan bu cür sərsəm bəyanatlardanaçıq şəkildə imtina edib, onu rəsmən təkzib edən mövqe ortayaqoysun. Paralel olaraq, bu cür fəaliyyətlərə açıq və ya dolayıyolla dəstək verən istənilən təşkilatın, xüsusən də Qərbdəki ermənidiasporası içində fəaliyyət göstərən QHT-lərin beynəlxalq səviyyədəifşası və izolasiya olunması üçün konkret mexanizmlər işə salınabilər.
Əslində, İskəndəryanın bu sərsəm bəyanatı “arsaxın mirasınıyaşatmaq” cəhdindən daha çox, həmin uydurma strukturun beynəlxalqhüquq qarşısında sonuncu zərbə alması və onun hüquqi dəfnininsürətlənməsi deməkdir. Onun “nazir” çıxışı - hüquqi baxımdan heçbir əsası olmayan, lakin informativ zəhərlənməyə səbəb olan,regionda sülh prosesini baltalamağa xidmət edən təhlükəliritorikanın davamıdır.
Daha təhlükəli məqam isə - bu cür bəyanatların Qərbdə, xüsusiləFransa, Kanada və ABŞ-da yaşayan erməni diasporası tərəfindən“Qarabağ ermənilərinin kimliyi”nin mövcudluğuna sübut kimi təqdimolunmasıdır. Beynəlxalq hüquqda tanınmayan bu mifoloji konsepsiyaindi “mədəni identiklik” pərdəsi altında qorunmağa çalışılır və buistiqamətdə aşağıdakı aktorlar fəallaşır:
– ANCA, HyeAid, Armenian Assembly of America kimi diasportəşkilatları bu cür ritorikanı informasiya vasitəsilə dövriyyəyəburaxır;
– Fransa (Fransua Püponi, Gi Tessye), Kanada (Ruben Kaçoyan),ABŞ (Adam Şiff, Cekki Speyer) kimi ölkələrdəki erməni lobbiçiləribu mifləri parlament müstəvisinə daşıyır;
– “Le Monde diplomatique”, “Mediapart”, “The Armenian Weekly”kimi mətbuat orqanları isə bu mifləri “mühasirədə olan millət”narrativi ilə birləşdirərək Qərb auditoriyasına təqdim edir.
Nəticədə isə informasiya səviyyəsində saxta bir atmosferformalaşır. Bu süni səs-küy içində real hüquqi və siyasi faktlaritib-batır, müharibədən sonrakı nizamlama prosesi ləngiyir və Qərbictimai rəyində təhrif olunmuş təsəvvürlər formalaşır. Bu da, öznövbəsində, regionda sabitliyin bərqərar olunmasına əngəlyaradır.
Və nəticə etibarilə aydın bir mənzərə yaranır: Njde İskəndəryan“dövlət naziri” ola bilməz. O, sadəcə bir simptomdur. Ermənistancəmiyyətinin hələ də keçmişin kabusları ilə yaşadığının,xəyallardan əl çəkmək istəmədiyinin simptomu. İrəvanda “nazir”uydurulduğu bir vaxtda, Brüsseldə və Münhendə diplomatik masaarxasında ərazi bütövlüyü və delimitasiya məsələləri müzakirəolunur. Bu nəinki səmimiyyətsizlikdir, bu - etimadın açıq şəkildəsabotajıdır.
Qarabağlı ermənilərin separatizmi artıq tarixə gömülüb. Amma həryeni “nazir təyinatı” - bu xəyal qurğusunun dirilməsi yox, onunməzarı üzərində rəqsdir. Hər iki tərəfdən həlak olan insanlarınxatirəsini siyasi avantüralara qurban vermək - insanlıq adına ənalçaldıcı oyundur. Beynəlxalq hüquqda heç bir nümunə yoxdur ki,ölən bir separatçı struktur şəxsi bəyanatla yenidən “dirildilsin”.Amma kifayət qədər presedent var ki, belə çıxışlar beynəlxalqsəviyyədə izolasiya və nüfuz itkisiylə nəticələnib.
Bəli, sirk artıq dağılıb. Amma əgər özünü məsuliyyətli dövlətadlandıran bir ölkənin paytaxtında hələ də “ölü dövlətin” nazirləripeyda olursa - bu artıq sadəcə klounluq deyil. Bu - diaqnozdur.Ermənistan bu diaqnozdan xilas olmaq istəyirsə, real dünyayadönməlidir.
Əks halda, təkcə regionda yox, öz gələcəyində dəmarqinallaşacaq.