“Liverpul” PSJ-nin hücumçusu Bredli Barkolun transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı fransalının transferi “Nyukasl”ın hücumçu Aleksandr İsaki satmaqdan imtina edəcəyi təqdirdə baş tuta bilər.
2024/25 mövsümündə Bredli Barkol PSJ-nin heyətində 58 matçda 21 qol vurub və 19 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Transfermark portalı oyunçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.