AZ

İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

 

Senzor.az bildirir ki, bu barədə DSX-nın Mətbuat mərkəzi  məlumat yayıb.

 

Məlumata əsasən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram narkotik vasitə (48 kq 875 qram marixuana, 17 kq heroin, 8 kq metamfetamin, 2 kq tiryək) və 2 min ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
15
38
senzor.az

10Mənbələr