AZ

Təhlükəli vəziyyət: İki ölkənin döyüş təyyarələri qarşı-qarşıya gəldi

Yaponiya donanmasının döyüş təyyarəsi Çin hərbi təyyarəsi ilə Sakit Okean səmasında kritik məsafədə üz-üzə gəlib.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama verib.

Yaponiyaya məxsus döyüş təyyarəsinin Sakit Okeanda patrul xidməti həyata keçirərkən Çin hərbi təyyarəsi ilə qarşılaşdığı bildirilib. Məlumata görə, Çin təyyarəsi havaya qalxdıqdan sonra Yaponiya hərbi təyyarəsindən 45 metr məsafədə uçub.

Açıqlamada sözügedən təyyarənin keçən həftə təhlükəli manevrlər etdiyi və Yaponiya hökumətinin Çindən bu cür uçuşları dayandırmasını tələb etdiyi qeyd edilib.

Seçilən
16
publika.az

1Mənbələr