Paşa Kapital şirkəti bu ilin yay aylarında yeni mobil tətbiqini istifadəyə verəcək.
FED.az xəbər verir ki, bunu "Paşa Kapital" şirkətinin direktoru Ceyhun Hacıyev bildirib.
Onun sözlərinə görə, bu bazar üçün mühüm bir addım olacaq və eyni zamanda maraqa səbəb olacaq. Ümumiyyətlə, 2026-cı il üzrə strateji plan çərçivəsində bir neçə addım atılacaq ki, bunlardan biri də kapital bazarlarının inkişafıdır. Biz biznes sahibləri ve ya fiziki şəxslər üçün elə bir platforma yaratmalıyıq ki, bu daha rahat formada olmalıdır ki, onlar üçün adi verdişə çevrilməlidir.
Direktor bildirib ki, növbəti il ərzində əsas işlərdən biri IT sistemlərin yenilənməsi olacaq.