AZ

Tramp-Mask gərginliyi oyun idi? - ŞOK AÇIQLAMA

Son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask arasındakı gərginlikdir. 

Ötən həftə tərəflər bir-birlərini sərt şəkildə tənqid etdilər. Hətta Mask Trampın hakimiyyətdən getməli olduğunu belə yazdı. Ağ Ev rəhbəri isə ona verilən dəstəyi dayandırmaqla hədələdi. Lakin bütün dünyanın diqqət mərkəzində olan gərginlik anidən dayandı. Belə ki, İlon Mask yazdıqlarına görə Donald Trampdan üzr istədi. Tramp isə öz növbəsində onu bağışlaya biləcəyini açıqladı. 

Bütün bunların fonunda isə Tramp-Mask gərginliyinin oyun olduğu iddiaları yayılmağa başladı. Maraqlıdır, sözügedən gərginlik qurma idi? 

Mövzu ilə bağlı politoloq Turan Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, iqtidar şərik qəbul etmir:

375493

"Hər nə qədər Amerika kimi demokratik bir ölkədən danışsaq da, İlon Mask və Donald Trampın haçansa qarşı-qarşıya gələcəkləri gözlənilirdi. Çünki hakimiyyətdə kimin hesabına gəlirsənsə, onun təlimatları və diktəsi ilə hərəkət etməli olursan. 

Əslində, Trampı çox təhlükəli görürlər, amma Mask ondan daha təhlükəli biridir. Mask faktiki olaraq texnokratdır və onun təmsil etdiyi elita hakimiyyətdə ilk dəfə də gəlir. Daha dəqiq desək, ən azından onun timsalında ilk dəfə hakimiyyətə gəliblər".

Ekspert Mask-Tramp gərginliyinin oyun olma iddiaları barədə isə bunları deyib:

"Düşünürəm ki, tərəflər arasında yaşanılanların oyun olması mümkündür. Amma əksi olsa belə, bəziləri onu oyun kimi təqdim etməyə çalışırlar. Çünki ortada faktiki olaraq bir gərginlik var. Ona görə də mən Mask-Tramp gərginliyinin oyun olduğunu zənn etmirəm".

Politoloq xatırladıb ki, Tramp hakimiyyətdə gələndən sonra Maskın onun varisi olacağı, hətta Maskın gələcək ABŞ prezidenti seçiləcəyi kimi kimi iddialar səslənirdi:

"Bütün bu iddialar isə Maskın iqtidara şərik olduğunu göstərirdi. Bu da iqtidarın bir ayağının laxlanması deməkdir. Tramp kimi biri isə buna razı olmazdı. Əslində, bu, ABŞ demokratiyasına qarşı da bir təhdid idi. 

Nəzərə almaq lazımdır ki, İlon Mask bəlkə də Amerikada çeviriş edə biləcək potensiala malik şəxsdir. Yəni o, Trampdan çox daha təhlükəlidir. Bütün bunlara görə, onlar arasındakı gərginliyin real faktorlara əsaslandığını düşünürəm".

Pərviz

Seçilən
31
hit.az

1Mənbələr