AZ

Bakı-Qazax yolunda qəza - Video - Yenilənib

Bakı-Qazax yolunda, Türyançay yaxınlığında qəza baş verib.

“Qafqazinfo”nun məlumatına əsasən, qəza zamanı qoşqulu traktor aşıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

***

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza bu gün saat 08:05 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən 257-ci kilometrliyində baş verib.

Belə ki, üzü Qazax istiqamətində hərəkətdə olan Elnur Yusufzadənin idarə etdiyi dövlət qeydiyyat nişanlı “TIR” markalı yük avtomobili qarşıda gedən Şamil Mahmudovun idarə etdiyi və qoşqusu olan traktorla toqquşub.

Hadisə nəticəsində Şamil Mahmudov xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi yük və sərnişindaşıma fəaliyyəti göstərən sürücülərdən hərəkət zamanı iş və istirahət rejiminə ciddi riayət etməyi, yorğun və yuxusuz halda sükan arxasında əyləşməməyi xahiş edir.

Seçilən
36
9
qafqazinfo.az

10Mənbələr