AZ

Oman İran-ABŞ danışıqlarının iyunun 15-də Maskatda keçiriləcəyini təsdiqləyib

“İran-ABŞ danışıqlarının altıncı raundunun iyunun 15-də Maskatda keçiriləcəyini təsdiq etməkdən məmnunam”. 

Missiya.Az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busəidi sosial media hesabında məlumat yayıb.

Qeyd edək ki, “Axios” daha əvvəl Amerika rəsmilərinə istinadən yazıb ki, bu həftənin sonuna qədər Tehran-Vaşinqton danışıqların yeni raundunun keçirilməsi ehtimalı getdikcə çətin görünür. 

Xatırladaq ki, İran-ABŞ danışıqlarının beşinci raundu mayın 21-də Romada baş tutub.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
57
1
missiya.az

2Mənbələr