"Qalatasaray" klubu Leroy Sanedən sonra daha bir transferi bitirmək üzrədir.

Offsideplus.az xəbər verir ki, İlkay Gündoğan "sarı-qırmızılar"a keçməyə yaxındır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.

İlkaya Səudiyyə Ərəbistanından da təklif var. Lakin o, karyerasını "Qalatasaray"da davam etdirmək istəyir.

34 yaşlı futbolçu başa çatan mövsüm "Mançester Siti"nin heyətində 50 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.