AZ

Bakı-Qazax yolunda avtomobil maneəyə çırpıldı

GƏNCƏ, 12 iyun. TELEQRAF

Bakı- Qazax - Gürcüstan magistral avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Dəliməmmədli şəhər sakini, 1999-cu il təvəllüdlü Röyal Əliyevin idarəetdiyi "Opel" avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Nəticədə sürücü R. Əliyev və avtomoildə olan Düzqışlaq kənd sakini, 1996 təvəllüdlü Xudayat Xəlilov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaya çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
9
teleqraf.com

1Mənbələr