ABŞ Dəniz Piyadaları iki gün ərzində Los-Anceles küçələrində Milli Qvardiya qoşunlarına qoşulacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Onlar immiqrasiya məmurlarına basqınlarda və ya federal agentlərə qarşı çıxan etirazçılara müdaxilə edən hər kəsi həbs etmək səlahiyyətinə sahib olacaqlar.
ABŞ Prezidenti Donald Tramp Kaliforniya qubernatoru Gevin Nyusomun etirazlarına baxmayaraq ilə ABŞ ərazisində ordunun istifadəsi ilə bağlı əmr verib. Bu isə Los-Ancelesdən Nyu-York, Atlanta və Çikaqo da daxil olmaqla digər böyük şəhərlərə yayılan etirazları daha da gücləndirib.