AZ

Prezident İlham Əliyev filippinli həmkarını təbrik edib

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosa bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubunda filippinli həmkarını və Filippin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”.

Seçilən
30
8
azertag.az

4Mənbələr