AZ

"Bakı Metropoliteni" 1 milyon manat xərcləyəcək

BAKI, 12 iyun. TELEQRAF

“Bakı Metropoliteni” QSC texniki avadanlıqların satın alınması üçün toplam dəyəri 1 milyon 106 min 662.7 manat olan üç açıq tender elan edib.

Teleqraf xəbər verir ki, Bakı metrosu üçün defektoskop aparatlarının satın alınması üçün elan edilmiş tenderin ehtimal olunan qiymət 309 min 206 manatdır.

Qurum ventilyator aqreqatlarının idarəedici lövhələrinin satın alınmasına isə 411 min 483 manat xərcləməyə hazırlaşır.

Hər ki tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 7-nə təyin olunub.

“Bakı Metropoliteni” QSC-nin “Qırmızı və Yaşıl xətləri”ndə tikilmiş ventilyasiya şaxtalarında quraşdırılacaq hava tənzimləyici klapanların (dampferlərin) satın alınması üçün ehtimal olunan qiymət isə 385 min 973 manatdır.

Bu tenderlərlə bağlı təkliflərin son təqdim olunma tarixi iyulun 8-nə təyin olunub. Zərflər də eyni tarixdə açılacaq.

Təchizatçılar hər bir tenderlə bağlı təkliflərini təqdim etmək üçün 350 manat iştirak haqqı ödəməlidirlər.

Xatırladaq ki, 2025-ci ildə dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC üçün 27 milyon 662 min 200 manat subsidiya ayrılıb. Bu məbləğ 2024-cü illə müqayisədə 44,7 % azdır.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr