Bakı. Trend:
Son zamanda Azərbaycanda ailələrə dəstəklə bağlı fəaliyyətəhəmiyyətli dərəcədə fəallaşıb.
Trend xəbər verirki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininsədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailəməsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurumrəhbərlərinin ikinci iclasının rəsmi açılışında bildirib.
“Azərbaycanda bölgələrdə yaşayan ailələrin dəstəklənməsi iləbağlı proqramlar həyata keçirilir. Gənc ailələrin iqtisadi vəpsixoloji baxımdan dəstəklənməsinə yönəlmiş layihələr də mövcuddur.Erkən nikahların, məişət və gender zorakılığının qarşısınınalınması üçün hüquqi və sosial mexanizmləri təkmilləşdiririk,ailələrin rəqəmsal savadlılığını və dayanıqlılığını artırırıq”, –deyə o bildirib.
Muradovanın sözlərinə görə, ailənin əsas funksiyası – gənclərinictimai şüurunu möhkəmləndirən, mənəvi və etik dəyərləri ötürənqoruyucu bir institut olmaqdır.
“Azərbaycan Konstitusiyası və Ailə Məcəlləsi ailəni cəmiyyətintəməli kimi tanıyır və dövlət tərəfindən onun xüsusi qorunmasınıtəmin edir. Ailənin hər bir üzvünün hüquqları məhkəmə qaydasındatəmin olunur və qorunur”, – deyə o vurğulayıb.
Komitə sədri qeyd edib ki, gəncləri dinləmək, onların suallarınacavab vermək və sağlam mənəvi prinsiplərə əsaslanan bir cəmiyyətinformalaşdırılması üçün addımlar atmaq olduqca vacibdir