AZ

İstehlakçılar “ƏDV geri al” layihəsindən faydalanmaqda davam edirlər

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində fiziki şəxs olan istehlakçılara qaytarılan həcmi 78 milyon 319,2 min manatdan çox olub. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin fiziki şəxs olan istehlakçılara qaytarılan həcmi isə yanvar-may aylarıında 12 milyon 847,7 min manatdan çox təşkil edib.

Seçilən
31
2
vergiler.az

3Mənbələr