Astana, 12 iyun, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astana şəhərində ölkə parlamentinin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, Türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələri iştirak edirlər.
İclas çərçivəsində əsas diqqət parlamentlərarası əməkdaşlıq məsələlərinə və Türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönələcək. Məqsəd birgə işin səmərəliliyini artırmaq və regionda strateji tərəfdaşlığın inkişafına töhfə verməkdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana