BAKI, 12 iyun. TELEQRAF
2026-cı ilə qədər sosial sahədə Türk Dövlətləri arasında qabaqcıl təcrübələrin bölüşülməsi gözlənilir.
Teleqraf xəbər verir ki, bunu Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının baş katibi “Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü-Ailə” mövzusunda keçirilən “Gənc Ailə Forumu”-nda deyib.
O bildirib ki, belə təşəbbüslərin yubanmadan həyata keçirilməsi təşviq edilməlidir.
"Ailə və qadın siyasəti ölkələrimiz arasında tətbiq ediləcək. Ailə strukturu gücləndirilərək Türk Dövlətləri arasındakı münasibət də güclənəcək. Əməkdaşlığımızı vacib sahələr üzrə davam etdirəcəyik", - o əlavə edib.