AZ

Zelenski Putinin “sülh danışıqları” ilə bağlı YALANINI üzə çıxardı

Rusiya Prezidenti Vladimir Putin “sülh danışıqları” ilə bağlı dünyanı aldadır.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Bild nəşrinə verdiyi müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, Kreml rəhbəri Kiyevlə danışıqlara yalnız yeni sanksiyalar təhlükəsi altında başlamağa razı olur və bu proseslə Qərbdə Ukraynanın izolyasiyasına çalışır.

“Putin istəyir ki, ABŞ Prezidenti Donald Trampa Rusiya və Ukrayna arasında guya “diplomatik körpü” olduğunu göstərsin. “Əgər bizə sanksiya tətbiq etsəniz, onda danışıqlar olmayacaq”. O, daim bu arqumentdən istifadə edir”, deyə o, əlavə edib.

Zelenski bildirib ki, Rusiyanın ikinci məqsədi ABŞ və Avropa İttifaqını sülh prosesindən uzaqlaşdırmaqdır:

“Putin üçün ideal ssenari beynəlxalq dəstəksiz uzunmüddətli müharibədir. Amma o, Qərbin yardımı və sanksiyalarla belə bir münaqişəyə davam gətirə bilməz”.

Ukrayna lideri vurğulayıb ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp Rusiyanın “səmimi olmadığını” anlayır: “Rusiya sadəcə Trampa yalan danışır”.

Zelenski Trampın mümkün tənqidlərini də sakit qəbul edəcəyini bildirib:
“Əgər bu, müharibənin tezliklə bitməsinə səbəb olarsa, mən bunu qəbul edərəm”.

Zelenskinin fikrincə, Kreml rəhbərini yalnız güc siyasəti dayandıra bilər:

“Amerika bu gücə malikdir. Və mən çox ümid edirəm ki, ABŞ bunun fərqindədir”.

Ukrayna prezidenti əlavə edib ki, Qərbin sanksiya siyasətində buraxdığı əsas səhv gecikmədir:

“Bu, Putinə adaptasiya olmaq imkanı Verdi, xüsusilə hərbi sahədə. O, hiss edir ki, iqtisadiyyat əziyyət çəkir. Amma sərt tədbirlərin tətbiqindən əvvəl vaxt qazanmaq istəyir”.

Zelenski sonda Ukrayna vətəndaşlarını dəyərləndirərək deyib:

“Yardım nə qədər çox olsa, itki də bir o qədər az olar. İnsanlar odun deyil ki, alova atılsınlar. Biz öz vətəndaşlarımıza rusların etdiyi kimi davranmırıq”.

Bu açıqlamalar Zelenskinin Qərbə çağırış xarakterli mövqeyini gücləndirir: Ukrayna lideri həm Tramp, həm də Avropanı daha qətiyyətli sanksiya və hərbi dəstəyə səsləyir.

Bizim.Media

Seçilən
38
bizim.media

1Mənbələr