AZ

“Bavariya”nın futbolçusu “Əl Nəsr”lə danışıq aparır

“Bavariya”nın futbolçusu Kim Min Cey karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, koreyalı müdafiəçi “Əl Nəsr”in hədəfindədir. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. “Əl Nəsr” bir müddətdir 28 yaşlı futbolçu ilə danışıqları davam etdirir. Kim özü də bu kluba keçməyə müsbət yanaşır.

Başa çatan mövsümdə 43 oyunda çıxan 28 yaşlı futbolçunun “Bavariya” ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Seçilən
71
futbolpress.az

1Mənbələr