AZ

Milli Olimpiya Komitəsinin vitse-prezidenti qanvermə aksiyasını böyük hadisə adlandırıb

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qanvermə aksiyasını böyük hadisə adlandırıb.

"Report" xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.

O, aksiyada idmançıların iştirakını da xüsusi vurğulayıb və bunun böyük hadisə oıduğunu bildirib.

"Ayın 14-ü dünya qan donorları günüdür. Eyni zamanda 10 il əvvəl Avropa oyunlarının açılışı olub. Biz bu münasibətlə bu aksiyanı keçiririk. Gördüyünüz kimi aksiyada ən görkəmli idmançılarımız, olimpiya çempionlarımız, Avropa oyunlarının çempionları iştirak edir. Bu bizim üçün həqiqətən böyük hadisədir".

Seçilən
53
report.az

1Mənbələr