AZ

BMT məcburi köçkünlərin sayının kəskin artımı barədə xəbərdarlıq edib

BMT dünyada müharibələr və münaqişələr nəticəsində məcburi köçkünlərin sayının misli görünməmiş artımı barədə xəbərdarlıq edib - 122 milyondan çox insan.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin hesabatında qeyd olunub.

Məlumatlar cari ilin aprel ayına olan vəziyyətə görə təqdim edilib. Hesabatda artım Sudan, Myanma və Ukraynada davam edən geniş miqyaslı silahlı münaqişələr, həmçinin dünya birliyinin döyüş əməliyyatlarını dayandırmaq iqtidarında olmaması ilə izah edilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin sözlərinə görə, qaçqınların və məcburi köçkünlərin sayının artması həmçinin qaçqınlara yardım maliyyələşdirilməsinin azalması ilə bağlıdır. Komissar vurğulayıb ki, maliyyələşdirmə 2015-ci il səviyyəsinə düşüb, o zaman dünyada məcburi köçkünlərin sayı indiki göstəricinin təxminən yarısı qədər idi.

Humanitar təşkilatlar şikayət edirlər ki, sülh sazişlərinin bağlanmasında siyasi liderliyin olmaması münaqişələri uzadır və döyüş əməliyyatlarının nəticələrinin aradan qaldırılması üzrə işlərinə maneə törədir.

BMT QAK-da qeyd ediblər ki, tarixən ən böyük donor ABŞ olub, lakin ölkə qaçqınlara yardımın maliyyələşdirilməsini azaldıb ki, bu da milyonlarla həyatı risk altına qoyur. Xüsusilə, lazımi maliyyələşdirmənin olmaması qadınları zorakılıq riski altına qoyur, uşaqları isə insan alverinin qurbanı olmaq təhlükəsi ilə üz-üzə qoyur.

Gülnar Mahmudova

Seçilən
8
report.az

1Mənbələr