AZ

ABŞ kəşfiyyatçısı həbs edilib İrana qarşı planları sızdırdığına görə

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində analitik kimi çalışan dövlət qulluqçusu Asif Rəhman İsrailin İrana qarşı hərbi cavab planlarını sızdırdığına görə 3 il 1 ay həbs cəzası alıb.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, 34 yaşlı Rəhman ABŞ-nin Virciniya ştatındakı federal məhkəmədə hakim qarşısına çıxarılıb.

O, İranın 1 oktyabr 2024-cü ildəki raket hücumlarına qarşı İsrailin planlaşdırdığı hərbi əməliyyatlara dair məxfi məlumatları yaymaqda ittiham olunub. Məhkəməyə sədrlik edən hakim Patrisia Tolliver Qiles Rəhmanın günahını etiraf etdiyini və onun yaydığı məlumatların xüsusi həssas xarakter daşıdığını bildirib:“Kəşfiyyat qurumlarımızın vəzifəsi ölkəmizi qorumaqdır. Bu etimada xələl gətirən hərəkətlər bizi birgə təhlükəyə atır”.

Rəhmanın vəkilləri onun ABŞ-yə və ya onun maraqlarına zərər vermək niyyəti olmadığını, Yaxın Şərqdəki xidmət zamanı psixoloji gərginlik keçirdiyini və buna görə cəzanın yüngülləşdirilməsini istədiklərini bildiriblər.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Araşdırmalara görə, 2016-cı ildən CIA-də çalışan Rəhman 2023-cü ilin noyabrında Kambocada saxlanılıb, daha sonra Quam adaları üzərindən Virciniyaya gətirilib. Məlumatlar “Telegram” tətbiqində paylaşılarkən ifşa edilib.

Rəhman İsrailin İrana cavab planlarına dair iki gizli sənədə çıxış əldə edib onları evinə apararaq çap edib və sonra rəqəmsal formada başqalarına göndərib. O, bu sənədlərin kimlərə verildiyini və bu məlumatları yaymaq hüququnun olmadığını bildiyini etiraf edib.

İlkin mərhələdə ittihamları rədd edən Rəhman 2024-cü ilin yanvarında keçirilən məhkəmə iclasında fikrini dəyişərək günahını etiraf edib. O, məlumatları yaymasının səhv olduğunu qəbul edərək, cəmiyyət və peşə yoldaşlarından üzr istəyib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
azpolitika.info

1Mənbələr