AZ

Dilənçi qadın gömrüyün maşınını görüb qorxub qaçdı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakının müxtəlif yerlərində dilənçi qadın və uşaqlar yolun kənarında sürücülərdən pul istəyirlər. Qadınların əksəriyyəti hicaba bürünüb özlərini dindar kimi göstərməyə çalışırlar ki, insanlarda inam yaratsınlar. Bu üsulla gün ərzində kifayət qədər pul yığırlar.

Qeyd edək ki, polis əməkdaşları dilənçiləri görən zaman onları ərazidən uzaqlaşdıraraq barələrində qanunamüvafiq qaydada tədbir görürlər. Avtosfer.az xəbər verir ki, paytaxtın Moskva prospektində (20 Yanvar metrostansiyasının yaxınlığında) dilənçi qadının görüntüsü avtomobildəki kameraya düşüb. Belə ki, qadın uzaqdan gələn Dövlət Gömrük Komitəsinin sayrışan işıqlı avtomobilini polis maşını ilə səhv salıb. O, özünü ağacların arasına ataraq gözdən itməyə çalışıb. Həmin avtomobil keçib getdikdən sonra yenidən yola çıxaraq öz işinə davam etməyə başlayıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
avtosfer.az

1Mənbələr