AZ

“Çin Tayvan separatçılarının materikdən qazanc götürməsinə icazə verməyəcək” - Zhu Fenglian

Yazını böyüt
Yazını kiçilt

Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Zhu Fenglian bildirib ki, Çin materiki "Tayvanın müstəqilliyini" dəstəkləyən insanların materikdə pul qazanmasına heç vaxt icazə verməyəcək.

Hafta.az-ın yazdığına görə, o, bu bəyanatı separatçı Şen Boyanqın Tayvan şirkətlərə qarşı Pekinin cəzaları ilə bağlı son şərhlərinə cavab olaraq verib.

Məsələ ilə bağlı Çinin qəti mövqeyini qeyd edən Zhu Fenglian, materikin belə bir vəziyyətə dözməyəcəyini, qatı separatçılara və onlara bağlı şirkətlərə yol verməyəcəyini, qanuna uyğun şəkildə onları çox ciddi cəzalandıracağını vurğulayıb.

Xanım Zhu Fenglian xəbərdarlıq edib ki, “Tayvanın müstəqilliyinə” nail olmaq məqsədi daşıyan ayrılıqçı hərəkətlər təkcə separatçıların özlərinə deyil, başqalarına da ziyan vurur. Separatçıların cəzadan xilas olma yolu yoxdur”.

KİV-in məlumatına görə, Şen Boyanqdan əlavə Demokratik Tərəqqi Partiyasının digər nümayəndələri də öz ailə üzvləri vasitəsilə Çinin materik hissəsində qazanc əldə ediblər. Onlar ikiüzlülüklərinə görə çox tənqid olunublar.

"İnsanlar aydın görür. Onlar yaxşını pisdən ayıra bilirlər", - Zhu Fenglian deyib.

Bu arada, Zhu Fenglian, ABŞ Tayvana silah satışını kəskin şəkildə artırmağı planlaşdırmasına, eləcə də Lai Qingdenin Tayvanın müdafiə büdcəsini ÜDM-nin 3 faizinə və ya daha çox artırmaq planlarına dair mətbuatda yayılan xəbərləri şərh edib.

“Tayvanda keçirilən son rəy sorğularına görə, respondentlərin 60 faizindən çoxu ABŞ-ın maliyyə mənfəəti üçün adanın hərbi xərclərini artırmağa çalışdığına inanır və sorğuda iştirak edənlərin təxminən 70 faizi hesab edir ki, Vaşinqton Tayvanı öz maraqları üçün qurban verə bilər. Sorğunun nəticələri tayvanlıların ABŞ-ın adanı "sərvət üçün pul maşını" və "barıt çəlləyin" kimi istifadə etməkdə pis niyyətləri barədə artan məlumatlılığını vurğulayır" deyən xanım Zhu əlavə edib ki, onlar həm də Tayvanda yaşayan həmvətənlər arasında ABŞ-ın "Tayvan kartı" ilə bağlı geniş skeptisizmi əks etdirir.

"Biz ABŞ-ın Tayvana silah satışına qəti şəkildə qarşıyıq, ABŞ tərəfini vahid Çin prinsipinə və üç Çin-ABŞ birgə kommünikesinə tam əməl etməyə çağırırıq" deyib Zhu.

O, ümid edib ki, Tayvan boğazının hər iki tərəfindəki həmvətənlər münasibətlərin dinc və inteqrasiyalı inkişafına kömək etmək üçün birlikdə çalışacaqlar.

Seçilən
17
hafta.az

1Mənbələr