Polşa millisinin baş məşqçisi Mixal Probej istefa verib.
QOL.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Onun öz istəyi ilə yığmadan ayrıldığı bildirilib.
Probej bir müddət əvvəl millinin lideri Robert Levandovskidən kapitanlıq sarğısını almışdı. 37 yaşlı hücumçu isə baş məşqçi dəyişdirilənədək millidə oynamayacağını açıqlamışdı.
Qeyd edək ki, Mixail Probej 2023-cü ilin sentyabrından Polşa millisini çalışdırırdı.