AZ

"PAŞA Kapital" işçilərin sayını artırır"

Paşa Kapital işçilərin sayını artırır.  Paşa Kapital böyüyür, peşəkar komandamızı da böyütməyi düşünürük.

FED.az xəbər ki, bunu 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında “PAŞA Capital İnvestisiya Şirkəti”nin direktoru Ceyhun Hacıyev bildirib.

O bildirib ki, ötən il “PAŞA Kapital”ın işçilərinin sayı 23 nəfər artaraq 52 nəfərdən 75 nəfərə yüksəlib.

Hazırda isə şirkətin işçilərinin sayı 83 nəfərdir: “İlin sonunda əməkdaşlarımızın sayı 90-100 nəfər civarında çatacaq", - deyə direktor qeyd edib.

Onun sözlərinə görə bununla əlaqədar olaraq 2024-cü ildə əməkhaqqı üzrə xərcləri 1 milyon manatdan çox artıb. 

"Ötən il işçilərlə bağlı xərclər 1 milyon manatdan çox artaraq 3 milyon 91 manata çatıb.  2023-cü ildə  isə bu rəqəm 2 milyon 59 min manat olub. İşçilər üzrə xərclər bir il ərzində 50% artıb", - deyə Ceyhun Hacıyev vurğulayıb.

Seçilən
41
fed.az

1Mənbələr