"Napoli" klubu "Milan"ın futbolçusu Yunus Musanı transfer etməyin bir addımlığındadır.
Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı yarımmüdafiəçi "rossoneri"yə 25 milyon avro ödəyəcək. Tərəflər arasında son danışıqlar gedir.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
Musa 2 mövsümdür "Milan"da çıxış edir. Amerikalı futbolçu bu müddətdə qırmızı-qara forma ilə 80 matça çıxıb.